Dağlıq ərazilərdə yağış yağıb, Bakıda və Abşeronda külək güclənib – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Mozalan.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Yağıntının miqdarı Balakəndə 3, Zaqatalada 2, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.
Göygöldə duman müşahidə olunub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.