Aug 19

7500 manatlıq seanslar: Son vaxtlar tələbi artan psixoloq seanslarının qiymətləri niyə əlçatmazdır?

Son vaxtlar psixoloqlara tələbat artıb. Belə ki, bir seansın qiyməti 150-500 manat arasında dəyişir.

Vətəndaşlar iddia edirlər ki, qiymətlər yüksək olsa da, bəzən nəticə əldə edilmir. Çünki, bəzi şəxslər bu sahədə müvafiq təhsil almadan özlərini mütəxəssis kimi təqdim edərək pasiyentləri qəbul edirlər.

Psixoloqların sözlərinə görə, bəzən bir seans yetərli olmur. Nəticədə, bəzi vətəndaşlar 15 seansa 7 500 manat ödəməli olurlar.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, hazırda tətbiqi psixoloq kimi fəaliyyət göstərənlərin sayı və keyfiyyət göstəriciləri cəmiyyətin tələblərinə tam uyğun deyil.

Sosioloq onu da əlavə edib ki, bu sahə üzrə universitet təhsili zamanı praktiki dərslərin sayı artmalıdır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

7500 manatlıq seanslar: Son vaxtlar tələbi artan psixoloq seanslarının qiymətləri niyə əlçatmazdır?

7500 manatlıq seanslar: Son vaxtlar tələbi artan psixoloq seanslarının qiymətləri niyə əlçatmazdır?

Bənzər xəbərlər

Gündəm

0.029155015945435