Aug 14

Renkanın taksidə yaşadığı çətin anlarla bağlı "Uber"dən AÇIQLAMA

Rəqqasə Rəna Ağamuradovanın (Renka) sifariş etdiyi taksidə çətin anlar yaşaması ilə bağlı paylaşdığı videoya "Uber" taksi şirkəti reaksiya verib.

Mozalan.az-ın xəbərinə görə, şirkət sürücünün bu cür davranışının yolverilməz olduğunu və xidmət standartlarına uyğun gəlmədiyini açıqlayıb.

"Dəstək xidməti artıq operativ şəkildə sərnişinlə əlaqə saxlayıb və partnyor servisin sürücüsünün sifarişlərə daxil olmasını əngəlləyib", - deyə şirkətin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, ötən gün rəqqasə Renka "Uber" taksi sürücüsünün bütün yolboyu telefonda qışqırıb söyüş söyməsindən və sonda ondan üzr istəməməsindən

@oxuaz Rəqqasə Rəna Ağamuradova sifariş verdiyi taksidə çətin anlar yaşayıb. Mozalan.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. rəqqasənin paylaşdığı videoda sürücünün taksidə sərnişin olmasına məhəl qoymayaraq qeyri-etik ifadələr işlətdiyi əks olunub. "Bu da "Uber" taksi. Bütün yolu qışqırır, sonrada söyüş söyməyə başladı. Telefonu söndürəndən sonra üzr belə istəmədi" - deyə, rəqqasə paylaşımında qeyd edib. #renka #taksi ♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər

Əzizə İsmayılova

Bənzər xəbərlər

Gündəm

0.03082799911499