Aug 05

Kosmonavt Tuva Cihangir Atasever Laçına səfər edib

Türkiyənin iki kosmonavtından biri, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, iyunun 8-də kosmosa uçan Tuva Cihangir Atasever Laçına gedib.

Mozalan.az xəbər verir ki, anası azərbaycanlı olan astronavt Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Laçında təşkil olunan yay düşərgəsində iştirak edən gənclərin suallarını cavablayıb.

Qeyd edək ki, Türkiyənin 36 min namizədin içindən seçilən ilk iki kosmonavtından biri olan T.Cihangir 1992-ci ildə Ankarada anadan olub.

Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi fakültəsini bitirib.

Daha sonra Kaliforniya Universitetində elektrik və elektronika mühəndisliyi üzrə magistr təhsili alıb.

Bənzər xəbərlər

Gündəm

0.033252954483032