Aug 01

9 aylıq Anarın anası: "Borc almağa belə kimsəmiz qalmayıb"

Doqquz aylıq Anarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Mozalan.az-a Gülsarə Quliyeva məlumat verib.

O, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı olduğunu deyib:

"Anar doqquz aylıqdır. O, anadangəlmə beynində kista ilə doğulub. Doğulduğu gündən bütün müalicələrini vaxtlı-vaxtında etsək də, inanın, artıq tükənmişik. Həkimlər müalicələri davam etdirsək kistanı minimal ölçüyə qədər azalda biləcəyimizi bildiriblər".

Gənc ana övladının müalicəsi üçün aylıq 800 manata ehtiyacları olduğunu bildirib.

"Anarın müalicəsi, müayinəsi bizi tamamilə tükədib. İnanın, borc almağa kimsəmiz də qalmayıb. Aldığımız borcları belə geri ödəyə bilmirik. Onun müalicəsi üçün bizim aylıq 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 426-22-23.
Kapital Bank: 4169 7388 8061 3157.

Bənzər xəbərlər

Gündəm

0.058536052703857