Magistraturaların boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayıb
Bu gün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.
Bu barədə Mozalan.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.
Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək aparılacaq.