DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.
Mozalan.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən üç nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:
"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".
Bakıda Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilən xanım sürücünün qəza törədərək hadisə yerindən qaçdığı iddia olunub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış görüntü ilə əlaqədar Bakı Şəhər Yol Polis idarəsində araşdırma aparılır.
Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.
Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.
Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Sözügedən videonu təqdim edirik:
DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMA