Jul 28

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci il təvəllüdlü V.C. nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.

Uşaq burada müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.036242008209229