İran səfirindən Tehranla İrəvan arasında hərbi müqavilə xəbərinə REAKSİYA
İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran və Ermənistan arasında hərbi müqavilənin imzalanması xəbərini təkzib edib.
Mozalan.az bu barədə İranın "Mehr" agentliyinə istinadən xəbər verir.
M.Sübhani söyləyib ki, bu cür xəbərlər etibarsız mənbələrdə dərc olunur və onlar keçmişdə də İran haqqında yalan və qərəzli informasiyalar dərc ediblər.
"Əsas məqsəd İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir etməkdir", - deyə M.Sübhani vurğulayıb.