Balaca Sevdanın anası: "Müalicələr üçün dəstəyə ehtiyacımız var"
On bir aylıq körpənin dəstəyə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Laləgül Əliyeva məlumat verib.
O, övladının başında anadangəlmə maye olduğunu bildirib:
"Sevda 2023-cü ilin avqust ayında dünyaya gəlib. Hamiləliyim boyu müayinələrdə heç bir problem görünməyib. Amma Sevda doğulandan sonra onun başında maye olduğunu öyrəndik. Elə həmin gündən də müalicələrə başlamışıq. Həkimlər ciddi müalicə olunarsa, bu mayenin fəsadsız keçib gedəcəyini deyirlər".
Laləgül Əliyeva qızının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Sevdanın müalicəsi üçün bizim hazırda 500 manata ehtiyacımız var. Sizin saytınızın dəstəyi ilə Türkiyəyə gedib, müayinələrdən keçmişik, övladımın müalicələrini də sizin saytın izləyicilərinin dəstəyi ilə qarşılaya bilmişik. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 315-81-43.
Kapital Bank: 4169 7388 3724 6697.