Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi
Xalq artisti Ağadadaş Ağayev balta ilə xəstəxana mühafizəçisinə hücum edib və nəticədə tərəflər əlbəyaxa olublar.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev qarşılıqlı ittiham qaydasında əks tərəfdən şikayət verib.
O, şikayətində döyüldüyünü bildirib.
Hazırda polis hər iki tərəfin şikayətləri əsasında araşdırmaları davam etdirir.
Xalq artisti Ağadadaş Ağayevi döyən "MedEra" xəstəxanasının gözətçisi Nurəddin Cəlilov saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Xalq artisti Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin görüntüləri yayılıb.
Mozalan.az-ın əldə etdiyi həmin görüntüləri təqdim edir:
Xalq artisti Ağadadaş Ağayev balta ilə vətəndaşa xəsarət yetirib.
Baş verən hadisəyə hüquqi cəhətdən hansı qiymətin veriləcəyi hər kəsi maraqlandıran suallardandır.
Mövzu ilə bağlı Azxeber.com-a açıqlama verən tanınmış vəkil Roman Qaraşov baş verən hadisədə xuliqanlıq cinayətinin əlamətlərinin olduğunu bildirib:
"Xalq artisti Ağadadaş Ağayevin törətdiyi hadisədə xuliqanlıq cinayətinin əlamətləri olduğu ehtimal olunur. Baş verən hadisə zamanı ictimai qayda kobudcasına pozulub. Xuliqanlıq dedikdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan qərəzli hərəkətlər başa düşülür. Lakin burada silah qismində alətdən istifadə olunduğuna görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham oluna bilər. Çünki burada zorakılıq hərəkətlərinin əlamətləri var".
Vəkil qeyd edib ki, Xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər:
"Xalq artisti Ağadadaş Ağayev ilkin əlamət kimi ictimai qaydanı pozmaq və əlində balta ilə zorakı hərəkətlər edilməsi ilə ittiham olunur. Buna görə də Xalq artistinin əgər günahı sübuta yetirilsə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
"Ağadadaş Ağayevin törətdiyi hadisə ilə bağlı TƏBİB-ə məlumat daxil olmayıb".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib.
Əlavə edilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, eləcə də TƏBİB-in tabeliyində tibb müəssisələrinə də müraciət daxil olmayıb.
Nəzrin Vahid
Xalq artisti Ağadadaş Ağayevin balta ilə insident törətdiyi ərazidən görüntülər yayımlanıb.
Hadisə yerindən İctimai TV-də reportaj yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi
Xalq artisti Ağadadaş Ağayevin törətdiyi insidentlə bağlı yeni detallar bəlli olub.
Unikal.az xəbər verir ki, hadisə "MedEra" klinikasının qarşısında baş verib.
"MedEra" klinikasının Mühafizə xidmətinin rəisi Valeh Soltanov hadisənin təfərrüatını açıqlayıb:
"Ağadadaş Ağayev bir gün əvvəl də klinikada olub. Ötən gün səhər saatlarında isə eyvandan deyib ki, həkim gəlsin. Həmçinin, gözətçini təhqir edib. Gözətçi Nurəddin Cəlilov isə təhqirlərə görə ona etiraz edib.
Onlar arasında mübahisə həm klinikanın həyətində, həm də içərisində davam edib. Hadisə nəticəsində xəsarət alan N.Paşayeva da "MedEra" klinikasının qeydiyyat şöbəsinin əməkdaşıdır".
Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.
Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.
Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.
Qeyd edək ki, A.Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
Ağadadaş Ağayevin yaranmış mübahisə zamanı qarşıdakı şəxsə balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı Mozalan.az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
Almaz Qasımova
Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.