"Aston Martin" yeni yarış avtomobilini nümayiş etdirdi
"Aston Martin" şirkəti WEC və "24 Hours of Le Mans" yarışlarında brendi təmsil edəcək "Valkyrie AMR-LMH" hiperkarını sınaqdan keçirib və ilk dəfə olaraq avtomobilin xarici görünüşünü ictimaiyyətə nümayiş etdirib.
Mozalan.az championat.com-a istinadən xəbər verir ki, istehsal modeli əsasında yaradılan "Aston Martin Valkyrie AMR-LMH" "Heart of Racing" komandasının mühəndisləri ilə birlikdə hazırlanıb.
Hiperkarın kapotu altında 1000 at gücündən çox olan, modifikasiya olunmuş 6,5 litrlik atmosferli "Cosworth V12" mühərriki yerləşdirilib.
Yeni məhsulun yarış debütü 2025-ci ilin əvvəlinə planlaşdırılır.