Jul 22

Zəlzələ nəticəsində dağıntı və təlafat baş verib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Mozalan.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndi yaxınlığnda qeydə alındığını açıqlayıb. Zəlzələ 4,7 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub

Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub

Gürcüstan ərazisində 4,9 bal gücündə zəlzələ olub.

Bununla bağlı Mozalan.az-a Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, eləcə də Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Bənzər xəbərlər

Gündəm

0.02692699432373