Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq
Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq.
Xezerxeber.az-ın məlumatına görə, ekspertlərin fikrincə, rəqabətin çox olduğu ixtisaslarda ballar artacaq.
Ekspert Elşən Qafarov deyib ki, son illər İKT ilə bağlı olan ixtisaslara tələbat artır, informasiya mühəndisliyi, kompüter mühəndisliyi ixtisaslarını seçənlər çoxalır. Rəqabət artdıqca, keçid ballarında da artım müşahidə olunur. Müəllimlərin işə qəbulunun şəffaf şəkildə keçirilməsi və stabil iş tapmaq imkanı olduğu üçün pedaqoji sahədə təhsil almaq istəyənlərin sayı da ildən-ilə artır və bu sahədə rəqabət yüksəlməkdədir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aqrar və turizm infrastrukturunun qurulması gələcəkdə bu sahəyə də marağı artıracaq.
Amma ekspertlərin fikrincə, geologiya, mədən mühəndisliyi, metallurgiya, menecment kimi ixtisaslara isə tələbat çox deyil. Hətta bu fakültələrdə bəzən pulsuz plan yerləri belə dolmur.
Ətraflı süjetdə:
Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq