Şirvanda intihar edəcəyi barədə məktub yazaraq evdən gedən yeniyetmə axtarılır
Şirvanda 14 yaşlı qız evdən gedib.
APA-nın məlumatına görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun özünü öldürəcəyi barədə məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 150 sm-dir.
Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən "102" xidmətinə, Şirvan Polis Şöbəsinin )02121) 5-14-50, (055) 759-09-59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.