Ağdərə, Xocalı və Xocavənddə ərazidə tullantıların zərərsizləşdirilməsi üçün poliqon yerləri seçilib
"Antiterror əməliyyatından sonra işğaldan azad edilən ərazilərdə yeni tullantıların zərərsizləşdirilməsi üçün poliqon ərazilər seçilib".
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.
Onun sözlərinə görə, Ağdərədə 10, Xocalıda 20, Xocavənddə 10 hektar ərazidə tullantıların zərərsizləşdirilməsi üçün poliqon yerləri seçilib: "Xocalıda yerləşən poliqonda həm Xankəndi, həm də Şuşadakı tullantılar zərərsizləşdiriləcək. Xocalı və Xocavənddə yerləşən poliqonlarda artıq Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) zərərsizləşdirmə işləri aparıb, Ağdərədə də yaxın zamanda bu iş həyata keçiriləcək".