Dostların ölüm xəbəri eyni vaxtda gəldi: 3-cü kurs tələbələrinin nəşləri ailələrinə təhvil verildi
Bu gün ölüm xəbəri yayılan tələbə dənizdə boğularaq can veribmiş.
Mozalan.az-ın əldə etdiyi məlumata görə, Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi olan Rəsul Nurməmmədli dostu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılovla birlikdə dənizə gedib.
Bir müddət sonra onların hər ikisi dənizdə boğulub.
Dostlar Nardaran qəsəbəsində nəzarətsiz ərazidə çimirlərmiş. Rəsul evin tək uşağı olub və Nardaranda yaşayırmış. Ailəsi də onun boğulduğundan axşam saatlarında xəbər tutub.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
18:16
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Rəsul Əli oğlu Nurməmmədli vəfat edib.
Mozalan.az xəbər verir ki, bu barədə universitetin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, tələbə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının III kursunda təhsil alırmış.