Jul 14

Donald Trampa qarşı sui-qəsd cəhdi - ANBAAN VİDEO

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinqi zamanı atəş açılıb.

Mozalan.az RBC-yə istinadən xəbər verir ki, mitinqin yayımı siyasətçinin "YouTube" kanalında aparılıb.

Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o hələ ələ keçməyib.

Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Əlavə olaraq KİV-də yayılan məlumatlara görə silahlı insidentdə iki nəfərin öldüyü güman edilir.

Donald Trampa qarşı sui-qəsd cəhdi - ANBAAN VİDEO

Donald Trampa qarşı sui-qəsd cəhdi - ANBAAN VİDEO

Bənzər xəbərlər

Gündəm

0.014540910720825