Jul 13

5 aylıq Nuranənin dəstəyə ehtiyacı var: Müalicə üçün Türkiyəyə getməlidir

5 aylıq Nuranənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Nərminə Fərəcova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:

"Nuranə bu ilin fevral ayında dünyaya gəlib. Hamiləliyim boyunca imkan olmadığı üçün çox az həkim müayinəsində olmuşam. Ona görə də onun xəstəliyindən bixəbər olmuşuq. Doğulandan bir müddət sonra onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik".

Gənc ana övladının müayinələri üçün Türkiyəyə yollanmalı olduqlarını deyib:

"Biz Türkiyədə bir neçə həkimlə danışdıq. Onlar təcili Nuranəni ora aparmağımızı, bir neçə müayinədən keçirməli olduğumuzu deyirlər. Ora getmək və müayinələrdən keçmək üçün 4 000 manat lazımdır. Bu məbləğin 3 200 manatını dost-tanışın dəstəyi ilə toplaya bilmişik. Hazırda bizim 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 777-45-35

Kapital Bank: 4169 7388 1680 4391.

Bənzər xəbərlər

Gündəm

0.03783106803894