Kəlbəcərin başçısı bu maşını aldı – Ekslüziv/Təcili
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı üçün alınacaq xidməti avtomobil məsələsi həllini tapıb. Reportyor.info-ya verilən eksklüziv xəbərdə bildirilir ki, “Azərmaş” ASC istehsalı olan 2019-cu il buraxılışlı “Khazar Peugeot” markalı avtomobil alınıb. Artıq həmin maşın Kəlbəcər RİH başçısı aparatının istifadəsinə verilib. Qeyd edək ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün “Mercedes Benz S350″ model minik avtomobilinin alınması üçün tender elan etmişdi. Lüks ”Mercedes”in alınması üçün tender elanı Nazirlər Kabinetinin orqanı olan “Respublika” qəzetində dərc edilib. İşğal altında olan və əhalisi məcburi köçkün qismində ölkənin müxtəlif rayonlarına səpələnən Kəlbəcərin İcra Hakimiyyətinin lüks avtomobil almaq planı sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil. Sözügedən avtomobilin yeni modelinin satış qiyməti 145 min dollardan (221 min manat) başlayır. Tənqidlərdən sonra Kəlbəcər Rayon İcra Hakimiyyəti maşını almaqdan imtina edib. İcra başçısının yeni maşının fotolarını təqdim edirik:
Reportyor.info