Pəncərəni silən qadın yıxılaraq öldü
Bakı şəhərində qadın pəncərədən yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Yaşadığı mənzilin pəncərəsini silən 1995-ci il təvəllüdlü İlhamə Vaqif qızı Hacıyeva yıxılıb. İ.Əliyeva xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.