Vüsal Səid AYB-dən qovulan şairdən yazdı
Belə məsələlərə, adətən, münasibət bildirməməyə çalışıram. Illah da öldüyüm yerdə, canımla əlləşdiyim vaxtda heç...
Amma, Elşad özü xahiş edib ki, ədalətli olub, haqqı deyim. Ona görə susa bilmədim! Mövqecə özündən qat-qat üstün, çəkicə ağır adamları hədəf alanlar bunun sonrasını gözəl hesablayırlar. Kimisə qıcıqlandırıb, yoldan çıxaracaqlar, onun da əsəbləşib, küçük deməsini əldə bayraq edib, dvident qazanacaqlar! TÜPÜRÜM O DVIDENTƏ!
Elşad Barata axırıncı iki dəfə, 500Azn bir, 500 Azn də bir, olunan köməkliyin birini Çingiz Abdullayev cibindən eləyibmiş, eşitdiyimə görə. Sonda Çingizin nəsibini gördünüz. AYB üzvlüyündən qovulan Elşad yalvar-yaxar üçün Anarın qəbuluna gedəndə Anar israrla deyir ki, mənim iki katibim yanımda olsun- katibim R. Məcid və mətbuat katibim X.Rza. Elşad nə qədər də "Anar müəllim, ayagınızın suyunu içim, qurban olum, bizim sizə böyük hörmətimiz var, filan... 5 dəqiqə tək qalaq" desə də, Anar qəti və açıq bildirir: - "Mən səninlə tək bir otaqda söhbət eləmək istəmirəm, çünki, sənin xislətin mənə bəllidir! Burda bir söz danışıb, bayırda başqa söz deyəcəksən!" deyir! Elşad da eləmir tənbəllik, Anarın yanından çıxan kimi "Ha bir olsunlar, ha üç, nə fərq edər?!" deyib, yenə də öz xislətində qalır!
Ilk olaraq, Xəyal Rza ilə Rəşad Məcidin orada olmasına öz "xisləti ilə hazırlanmış don"unu geyindirir. Guya ki, onlar öz təşəbbüsləri ilə orda olubar. Çəkilib, Elşadın sözünü deməsinə şərait yaratmayıblar. Daha sonra Anarın Elşadın yazıları barədə eşitdikdən sonra haqqa qərar vermək üçün, mətbuat katibinə "Onun son dövlərdə yazdığı statusları kağıza köçürüb, gətir, araşdıraq!" tapşırığı ilə öz yazılarını Anarın stolu üstündə gördüyünü isə, çevirib, öz arşınında Xəyalı çuğulçu kimi qələmə verməklə boşaldır içini. Anarla ordakı münasibəti təhrif etməyi də unutmur. Guya Anar zorla bunu Ç. Abdullayevdən üzr istəməyə təhrik edib... Amma, Anar da Rəşad Məcid də, Xəyal Rza da Elşadın dilinə dil verənin kim (Kimlər) olduğunu yaxşı bilirlər, məncə! Bu, siz düşündüyünüz kimi bir gəncin ağır çəkili yazıçıları təhqir etməsi məsələsi deyil, təkcə! Bir insan "Balam acından ölür!" dedikdən sonra, 500 m cibindən pul verən adamı niyə təhqir edə ki? Nəyin müqabilində???