Atası atıb, babası müalicəsi üçün mal-qarasını satıb: Elnurun dəstəyə ehtiyacı var
İki yaşlı Elnur böyrək çatışmazlığından əziyyət çəkir.
Bu barədə Mozalan.az-a onun anası Ofeliya Nəcəfzadə məlumat verib.
O bildirib ki, övladı anadan olandan sonra bu xəstəlikdən əziyyət çəkdiyini öyrəniblər:
"Elnurun iki yaşı var, anadan olandan sonra onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə çətin günlərimiz başladı. Xəstəliyi olan körpə uşağa baxmaq, inanın, çox çətindir. Müayinələr üçün əlimizdə olan mal-qaranı satıb Türkiyəyə yollandıq. Oradakı həkimlərin dediyi müalicələri edirik. Sonuncu dəfə üç ay əvvəl müayinə üçün gedə bilmişik".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Elnur mənim yeganə övladımdır. Atası da 6 aylıq olarkən atıb getdi. Məni anam və atam himayə edirlər. Uşaq həm xəstə, həm balacadır, ona görə də işləyə bilmirəm. Son bir neçə aydır sizin izləyicilərin dəstəyi ilə onun müalicələrini edə bilirik. Hazırda dərmanlarımızı almaq üçün 450 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 594-85-10.
Kapital Bank: 4169 7388 3635 8113.