Jul 02

Altı dəfə ağır əməliyyat keçirən Onurun anası: "Onu itirsəm, ölərəm"

"Onur mənim yeganə övladımdır, onu itirmək mənim üçün ölümə bərabərdir".

Bu sözləri Mozalan.az-a hidrosefaliya xəstəliyindən əziyyət çəkən üç yaşlı Onurun anası Aydan Vəlizadə deyib.

O bildirib ki, övladı anadangəlmə bu ağır xəstəlikdən əziyyət çəkir:

"Onur kiçik ömründə altı dəfə əməliyyat keçirib. Son iki əməliyyatı və müalicələrinin hamısını, demək olar ki, sizin saytın izləyicilərinin dəstəyi ilə etmişik. Onur xəstəliyi ilə bağlı normal gəzə, hərəkət edə bilmir. Həkimlər müalicələrini və əməliyyatlarını vaxtlı-vaxtında etsək, onun bir az da olsa, düzələ biləcəyini deyiblər".

Aydan Vəlizadə Onurun müalicəsi üçün imkanlı şəxslərə səslənib:

"Onu bir neçə ay əvvəl çox ciddi əməliyyat keçirdi. Əməliyyatdan sonra vəziyyəti müsbətə doğru gedir. Hazırda müalicələrini davam etdirməli olsaq da, buna imkanımız çatmır. Bu qədər yol gəlmişkən bizi yarıda qoymamağı xahiş edirəm sizdən. Hazırda müalicələr üçün 600 manata ehtiyacımız var. İnanın, nə dəyərli əşyam, nə kənarda əlavə bir qəpik pulum qalıb. Onur mənim tək övladımdır, onu itirmək ölümə bərabərdir mənim üçün. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 427-25-89.

UniBank: 5243 7544 4765 3229.

Bənzər xəbərlər

Gündəm

0.026140928268433