Jul 01

Ukraynada siyasi çevrilişə, parlament binasını ələ keçirməyə cəhd edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin hərbi-siyasi rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağı planlaşdıran qrupun üzvlərini müəyyən edərək onları həbs edib.

Bu barədə məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi "Telegram" kanalında dərc edilib.

Aparılan istintaq işi nəticəsində məlum olub ki, zorakılıqla müşayiət edilməli olan çevriliş aktı iyul ayının 30-na planlaşdırılıb.

Dəstə üzvləri həmçinin Ukrayna Ali Radanın binasını ələ keçirməyi və bununla da onun işini əngəlləməyi planlaşdırıblar.

Hələlik ölkədə çevrilişə cəhd etməyə çalışan şəxslər və dəstə haqqında əlavə məlumat verilməyib.

Mənbə: Radio1.ru

Bənzər xəbərlər

Gündəm

0.029117107391357