Dəhşətli qəza bir ailəni məhv etdi: Çox sayda yaralı var
Qaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, altı nəfər xəsarət alıb.
Mozalan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində "Ford" və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.
Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan altı sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaxda baş verən dəhşətli qəzada ölənlərin sayı dörd nəfərə çatıb.
"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində altı-yeddi nəfərin yaralandığı bildirilir.
Qax rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" və VAZ-21015 markalı avtomobilin toqquşması nəticəsində VAZ-21015-də olan sürücü və sərnişin hadisə yerində ölüblər. VAZ-21015-də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.