Jun 29

İki övladı da xəstə olan ana yardım istəyir: "Maddi olaraq tamamilə tükənmişik"

10 yaşlı Gülnarənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Leyla Əsədova məlumat verib.

O bildirib ki, övladının nitqində problem var:

"Gülnarənin 10 yaşı var. Anadangəlmə nitqində və böyrəklərində problem var idi. Böyrəyi ilə bağlı olan problem artıq həll olub. Amma nitqindəki geriləməni düzəltmək üçün loqoped yanına gedib, müalicələr almalıyıq. Biz bir neçə kurs müalicəni etdik, onun nitqində xeyli düzəlmələr gördük. Amma hazırda yenidən loqoped yanına getməyə və müalicələri etməyə imkanımız yoxdur. Maddi olaraq tamamilə tükənmişik".

Gənc ana yardımsevər şəxslərdən imdad diləyib:

"Mənim üç övladım var, onların ikisinin fərqli xəstəlikləri var. İnanın iki xəstə uşağa baxmağı maddi olaraq heç cürə çatdıra bilmirəm. Hazırda Gülnarənin müayinə və müalicələri üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 430-94-94.

Leo Bank: 4098 5844 6764 3027.

Bənzər xəbərlər

Gündəm

0.031816005706787