Jun 21

Azərbaycanda daha bir nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Mozalan.az xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sürücülər, hərəkət iştirakçıları yollarda xoşagəlməz hallarnan qarşılaşmamaq, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi yanaşmağı, ara məsafəsini normada saxlamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də çoxmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir".

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Mozalan.az xəbər verir ki, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır, riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini bir daha xatırladır:

"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.

Güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq".

Bənzər xəbərlər

Gündəm

0.058268070220947