Jun 18

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Baş verən zəlzələlər çökəkliklər yaradıb

Baş verən zəlzələlər Xəzərin sahil hissələrində çökəkliklər yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, Hövsan qəsəbəsi ərazisində yerləşən çimərlikdə əslində çimmək tövsiyə edilmir, lakin yerli sakinlərin əksəriyyəti bu əraziyə üz tuturlar.

Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək batma təhlükəsini birə-beş artırır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.

"Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur", - deyə məlumatda qeyd olunub.

Ətraflı süjetdə:

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Baş verən zəlzələlər çökəkliklər yaradıb

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Baş verən zəlzələlər çökəkliklər yaradıb

Bənzər xəbərlər

Gündəm

0.068432092666626