Aug 06

Yeni İctimai Nəzarət Təşkilatılnda votsap biabırçılığı-AUDİO

İctimai nəzarət vacib bir amildir. İctimai nəzarəti vətəndaşlar, ayrı-ayrı şəxslər, ictimai təşkilatlar, birliklər, veteran təşkilatları və s. ümumiyyətlə dövlət büdcəsindən vəsait almayan, neytral mövqeyi olan insanlar və təşkilatlar yerinə yetirməlidir.

 

Korrupsiya.net xəbər verir ki, millət vəkili Razi Nurullayev çıxışlarının birində bu məsələ münasibət bildirib.

Deputatın sözlərinə görə, ictimai nəzarət Azərbaycanda ölüb, məhv olub və basdırılıb. “Onun isə səbəbi müvafiq qanunvericiliyimizdir, çünki 2009-cu ildən 2014-cü ilə qədər qeyri-hökumət təşkilatları haqqında qanuna elə məhdudlaşdırıcı müddəalar tədbiq edilib ki, ictimai nəzarət bununla da yoxa çıxıb. Ayrı-ayrı təşkilatlar Azərbaycana qarşı aldığı vəsaitlərdən dövlətə qarşı istifadə edirdi. Həmin təşkilatlar hədəfə götürülsün və fəaliyyəti araşdırılıb, cəzalandırılsın. Amma bütöv Azərbaycanda ictimai nəzarəti həyata keçirən təşkilatlar cəzalandırıldı. Nəticədə isə ayrı-ayrı dələduz təşkilatlar, QHT-lər yaradıldı. Onlar da ayrı-ayrı nazirlikləri hədəfə götürdülər və pullarını alıb kənarda oturdular. Onun üçün də prezidentin dediyinə nəzarət etmək üçün birinci növbədə həmin o qanunvericiliyə dəyişiklik etmək və bütün təşkilatlara, vətəndaşlara ayrı müstəqil fondlardan pul almaq imkanı yaradılmalıdır ki, onlar heç kimdən asılı olmayaraq ictimai nəzarəti həyata keçirə bilsinlər”.

Qeyd edək ki, İctimai Nəzarət Koalisiyası və sonradan ondan qopan Yeni İcimai Nəzarət Təşkilatı da  yarandığı gündən qalmaqalla gündəmə gəliblər. Sonuncuların 25 manata vəsiqə satması, bölgələrdə məmur əlaltılarına çevrilməsi öz aralarında mübahisələ səbəb olub.

Həmin qızğın votsap yazışmaları artıq ictimaiyyətə sızıb.

Bənzər xəbərlər

Gündəm

0.036273956298828