Aug 04

Uydurma “erməni soyqırımını” ifşa edən  yeni kitab nəşr edildi

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin “Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində “adlı kitabı “Elm və təhsil nəşriyyatı” tərəfindən çap edilib. Qeyd edək ki, müəllifin sayca 16-cı kitabı olan yeni araşdırma XIX əsrin sonundan başlayaraq müasir dövrə qədər olan erməni iddialarının əsas səbəblərini və ABŞ-Türkiyə münasibətlərini tədqiq edir. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan ermənilərin hər yerdə geniş təbliğat apararaq uydurma “erməni soyqırımı”nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar. Məlumdur ki, SSRİ-nin süqutu dünyada köklü dəyişikliklərə gətirib çıxardı və nəticədə ABŞ yeganə fövqəldövlət oldu. Bu reallığın fonunda dünya ölkələri arasında inteqrasiya prosesinin fəallaşması meyli getdikcə güclənir. Hərçənd ki, zahirən həmin proses bu və ya digər beynəlxalq təşkilat, prinsmilli inkişaf proqramları çərçivəsində (və yaxud onların nəzarəti altında) həyata keçirilmir, əslində isə o, mütləq ABŞ-ın təsiri ilə gedir. Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı–ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə ciddi cəhdlər etmiş, bəzən də istədiklərinə nail ola bilmişlər. Ancaq erməni yalanları ayaq tutsa da yeriməmiş, sonralar ifşa olunmuşlar. Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə ABŞ-dır. Məhz ABŞ-Türkiyə münasibətlərində erməni diaspor və lobbisinin və fəaliyyəti, uydurma “soyqırımın” tanıdılması istiqamətində gördükləri işin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Kitabda “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin “soyqırımı” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.
Kitabın rəyçiləri ABŞ və Ukrayndada yaşayan diaspor fəalları, redaktorları psixologiya üzrə elmlər doktoru, dosent Bayramov İmdad və jurnalist Atayev İlqardır.

Bənzər xəbərlər

Gündəm

0.025990962982178