May 22

“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...”

“Mənə elə gəlir ki, Qida Təhülkəsizliyi Agentliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır”
 
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda ölü heyvan ətinin satışı barədə danışarkən deyib. Qurum rəsmisi bildirib ki, artıq iyirmi ildən çoxdur ki, bu işlə məşğul olan mafiya var:
 
 
“Azərbaycanda hələ ki, bu məsələnin qarşısını tam olaraq almaq mümkün olmayıb. İyirmi ilə yaxındır ki, Azad İstehlakçılar Birliyi bunaları ifşa etmək istəyir, amma leş yığanlar mafiyası iyirmi ildən çoxdur ki, fəaliyyət göstərir. Bunun inzibati yolla qarşsını almaq çox çətindir. Bu cəhdlərin heç bir effekti olmur. Çünki dövlət orqanları bu işlə məşğul olan şəxsləri müəyyən miqdarda cərimə edir və düşünürlər ki, məsələ həllini tapdı. Düşünürəm ki, bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi görür. Onlar ekspertiza keçirir və məhkəməyə verərək hüquqi nəticəsini əldə edirlər. Mənə elə gəlir ki, Qida Təhlükəsizliyi Agentliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır. Yoxsa vəziyyət bu istiqamətdə getdikcə də pisləşəcək. Çünki əhali gözləriylə gördüyü heyvan kəsiminə üstünlük verirdi, indi yaxşı haldır AQTA insanın gözü önündə olan heyvan kəsiminin qarşısını alır, lakin bununla paralel leş yığanlar da öz ətlərini marketlərə göndərəcək. Ona görə də Daxili işlər Nazirliyi bu istiqmətdə böyük iş apara bilər. 
 
E.Hüseynov bildirib ki, bu cür ölü ətlərini sifariş verən şəxslərin kimliyi ifşa olunmur:
 
“Ciddi məsələlərdən biri də budur ki, leş ətlərinin sifarişçisi tapılmır. AQTA bunu ifşa etmir ki, bu hara aparılır. Çünki tələb olmasa, təklif olmaz. Biz iş aparırıq ki, mütləq bunu tələb edən adam tapılsın və ifşa olunsun. Təəssüf ki, bu istiqamətdə doğru iş aparılmır və bu davam edir. On il öncə gecə saatlarında Təzə bazarda murdar ətlərinin satışını görmüşəm, amma indi bilmirəm orda vəziyyət necədir. Neçə ildir ki,  bu istiqamətdə cəld reaksiya mexanizmi yoxdur”. 

Bənzər xəbərlər

Gündəm

0.038022994995117