Jun 10

Almaniyada iki qatar toqquşdu: Xəsarət alanlar var

Almaniyanın Hannover şəhərində iki "S-Bahn" qatarı toqquşub.

Bu barədə şəhər polisi "X"də (keçmiş "Twitter") məlumat yayıb.

İnsident nəticəsində 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, fövqəladə hadisə sərgi mərkəzinin ərazisində, dəmir yolu stansiyasının yaxınlığında baş verib. Toqquşma nəticəsində qatarlardan birinin maşinisti kabinədə sıxılmış vəziyyətdə qalaraq ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Daha 9 sərnişin yüngül xəsarət alıb.

Zərərçəkənlər arasında uşaqlar da var.

Qeyd edilir ki, qatarların toqquşmasının səbəbləri hələ ki məlum deyil.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.036521196365356