Jun 07

Cənubi Koreya KXDR-in "zibil şarları"na cavab verdi

Cənubi Koreyadan olan fəallar Koreya Xalq Demokratik Respublikasına (KXDR) içərisində Koreya serialları və K-pop musiqisi yazılmış fləş diskləri olan şarlar göndəriblər.

Bu, KXDR tərəfindən zibil və peyin dolu şarların cənuba doğru buraxılmasına cavab olub.

Qeyd olunur ki, aksiya "Azad Şimali Koreya uğrunda döyüşçülər" hərəkatının üzvləri tərəfindən həyata keçirilib. Fəallar şimal qonşularına 200 minə yaxın hökumət əleyhinə vərəqə, musiqi videoları və serialların yer aldığı beş min USB disk, həmçinin on şarda iki min ədəd bir dollarlıq əsginas göndəriblər.

Bildirilir ki, Şimali Koreyadan olan qaçqınların da daxil olduğu bu hərəkat artıq analoji aksiyalar həyata keçirib. Bundan əvvəl onlar KXDR-ə dərman, qida, radio və qəzet xəbərlərindən kəsilmiş parçalar göndəriblər.

Mənbə: News.ru

Bənzər xəbərlər

Gündəm

0.01983904838562