Türkiyədə qızıl mədənində torpaq altında qalan işçilərdən daha bir neçəsinin meyiti tapılıb
Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə baş verən torpaq sürüşməsində itkin düşən doqquz işçidən daha üçünün meyiti təxminən dörd ay sonra tapılıb.
Məlumata görə, qalan iki nəfərin meyitinin axtarışları davam edir.
Qeyd edək ki, hadisə bu il fevralın 13-də baş vermişdi.
Mənbə: Cumhuriyet