Jun 03

Meksikada keçirilən prezident seçkisinin qalibi müəyyənləşdi

"Gəlin birlikdə tarix yazmağa davam edək" hökumətyönlü koalisiyasından Meksika prezidentliyinə namizəd Klaudiya Şeynbaum iyunun 3-də keçirilən seçkidə qalib gəldiyini elan edib.

Bu barədə o, özünün "X" hesabında paylaşım edib.

"200 illik respublika tarixində ilk dəfə prezident qadın olacaq. Bu, dönüş nöqtəsidir. Bütün meksikalılara təşəkkür edirəm. Bu gün səsverməmizdə demokratik bir xalq olduğumuzu sübut etdik", - deyə o bildirib.

Meksikanın hazırkı prezidenti Andres Manuel Lopes Obrador da Şeynbaumu qələbə münasibəti ilə təbrik edib.

Meksikada iyunun 2-də keçirilən prezident seçkisindən sonra bülletenlərin emalı davam edir.

Hökumət tərəfdarı "Birlikdə tarixi yaratmağa davam edək" koalisiyasından namizəd Klaudiya Şeynbaum Meksika prezident seçkisində bülletenlərin 10%-nin sayılmasından sonra təxminən 58% səs toplayaraq liderdir.

Nəticələr Milli Seçki İnstitutunun "YouTube" kanalında yayımlanır.

Şeynbaumun əsas rəqibi "Meksika üçün Güc və Ürək" müxalif ittifaqından Soçitl Qalves səslərin 29,6%-ni toplayıb. Üçüncü yerdə "Vətəndaş Hərəkatı"ndan Xorxe Alvares Maynes 10% seçici səsi ilə qərarlaşıb.

Meksika Seçki Komissiyasının ilkin məlumatlarına görə, seçkidə iştirak 58,8%-dən çox olub.

Şeynbaum seçiləcəyi təqdirdə Meksikanın ilk qadın prezidenti ola bilər.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.037039995193481