Jun 01

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı saxlanıldı

ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı keçmiş komandanı və NATO Müttəfiq Qüvvələrinin Neapoldakı keçmiş komandanı admiral Robert Berk rüşvət almaqda ittiham olunaraq saxlanılıb.

Bu barədə ölkədə Baş Prokurorluğun funksiyalarını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdə çıxmış admiralı və iki sahibkar "hökumət müqaviləsi ilə korrupsiya sxemində" iştirak ediblər.

Günahı sübuta yetirilərsə, Berki 30 ilə qədər, onun iki şərikini isə 20 ilə qədər həbs cəzası gözləyir.

Bənzər xəbərlər

Gündəm

0.024923086166382