Məhkəmə Serj Sarqsyana bəraət verdi
Məhkəmə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyana bəraət verib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xatırladaq ki, dövlətə bir milyon dollara yaxın ziyan vurması ilə bağlı "dizel işi" 2019-cu ilin sonunda başlayıb.
Sarqsyanla yanaşı, neft məhsulları idxalı ilə məşğul olan "Flash" şirkətinin sahibi Barseq Beqlaryan da bəraət alıb.