Zaxarova NATO-nu hədələdi: "Cavab verməli olacaqlar"
"NATO Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrə görə cavab verməli olacaq".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
"Vaşinqton, London, Paris başa düşməlidir ki, Rusiyada bu zərbələrin endirilməsində NATO-nun rolunu çox yaxşı anlayırlar. Buna icazənin verilməsi isə NATO üzvlərinin işidir və onlar buna görə cavab verməli olacaqlar", - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, son günlərdə bir sıra Qərb ölkələri Ukraynaya verdikləri silahlar vasitəsilə Rusiyadakı hədəflərin vurulmasına icazə veriblər.