May 29

Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxıldılar

Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl sərbəst buraxılıblar.

Bu barədə Mozalan.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.

16:26

Bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Mozalan.az-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

"İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək", - məlumatda deyilir.

Bənzər xəbərlər

Gündəm

0.070442914962769