ABŞ maliyyə sisteminə hücum hazırlayır
ABŞ inflyasiyanın artması və dolların zəifləməsindən narahatdır.
Qanunvericilər bu problemi həll etmək üçün Konqresə Federal Ehtiyat Sistemini (FRS) ləğv etmək üçün qanun layihəsi təqdim ediblər.
Bu təşəbbüsün müəllifinin respublikaçı Tomas Messi olduğu bildirilir. O, Federal Ehtiyat Sistemini yaradan 1913-cü il qanununun ləğv edilməsini, habelə idarəçilər şurasının ləğvini təklif edir.
O, departamentin hazırkı siyasətinin dolların devalvasiyasına və yüksək inflyasiyaya səbəb olduğuna aydınlıq gətirib. Respublikaçı əlavə edib ki, son damla koronavirus pandemiyası zamanı çap maşını tam gücü ilə işə salındığı zaman FRS-in atdığı addımlar olub.
"Həmin anda havadan trilyonlarla dollar yaradılıb, böyük büdcə xərclərini təmin etmək üçün Maliyyə Nazirliyinə borc veriblər. Nəticədə böyük bir kəsir yaranıb. Borcları monetizasiya etməklə, FRS "helikopter pulu" siyasətini həyata keçirirdi və nəticədə bu, inflyasiya və devalvasiya ilə nəticələndi", - deyə Messi qeyd edib.
Mənbə: Axios