May 29

Hindistanda havanın temperaturu rekord həddə çatıb

Hindistanın paytaxtı Nyu-Delhidə rekord istilər qeydə alınıb.

Bununla bağlı Hindistan Meteorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, Delhinin şimal-qərbindəki Manqeşpur və Narela şəhərətrafı ərazilərində 49,9 dərəcə isti qeydə alınıb.

Müşahidə tarixi ərzində ən yüksək temperatur son 24 saat ərzində Yeni Delhi də daxil olduğu Delhi milli paytaxt bölgəsində qeydə alınıb.

Həmçinin Racastan əyalətinin şimal-qərbində yerləşən Çuru şəhəri çərşənbə axşamı günü 50,5 dərəcə istiliklə Hindistanın ən isti yeri olub.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.048021078109741