İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı
İspaniyanın ardınca İrlandiya və Norveç də Fələstini dövlət kimi rəsmən tanıdığını bəyan edib.
Məsələ ilə bağlı açıqlama verən İrlandiyanın Baş naziri Saymon Harris bildirib ki, Dublinin verdiyi bu qərar çox mühümdür və dünyaya mesaj olmalıdır.
Öz növbəsində Norveçin xarici işlər naziri Espen Bart Eide açıqlamasında bildirib ki, Oslo 30 ildən artıqdır ki, Fələstin dövlətinin yaradılmasının ən fəal tərəfdarlarından biri olub.
Mənbə: Associated Press
14:55
İspaniya hökuməti Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb.
Bunu krallığın baş naziri Pedro Sançes deyib.
"Beləliklə, İspaniya Fələstini tanıyan dünyanın 140-dan çox ölkəsinin sırasına qoşulur. Fələstinin tanınması tarixi bir qərardır və yeganə məqsədi İsrail ilə Fələstin arasında sülhü təşviq etməkdir", - deyə Pedro Sançes vurğulayıb.
İspaniyanın baş naziri vurğulayıb ki, Şərqi Qüds müstəqil Fələstinin paytaxtına çevrilməli, Qəzza zolağı və İordan çayının qərb sahili vahid Fələstin milli hökumətinin nəzarəti altında olmalıdır. Sançes Qəzza ilə İordan çayının qərb sahilini birləşdirən dəhlizə ehtiyac olduğunu da qeyd edib.
Mənbə: TASS