Ərdoğan: "Türk siyasi tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumətik"
"Türk siyasi tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumətik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 27 May hərbi müdaxiləsinin 64-cü ildönümü çərçivəsində keçirilən simpoziumda çıxışı zamanı bəyan edib.
O, üzərindən 64 il deyil, əsrlər belə keçsə, çevrilişçiləri unutmayacaqlarını və bağışlamayacaqlarını vurğulayıb.
"Ən son 15 iyul çevriliş cəhdində birbaşa məni, TBMM-i və əziz xalqımızı hədəf alacaq qədər gözlərini qaraltdılar. Bunların hamısı yaşandı. Bunlardan başqa da gizli-aşkar bir çox cəhd oldu. Heç bir zaman geri addım atmadıq. Tankla, tüfənglə milli iradənin təslim alına bilməyəcəyini çox aydın şəkildə göstərdik. Bu ölkədə çevriliş cinayətinin cəzasız qalmayacağını ortaya qoyduq", - deyə dövlət başçısı vurğulayıb.
O, ölkədə artıq çevrilişlər və memorandumlar dövrünün bağlandığını qeyd edib.
R.T.Ərdoğan, həmçinin yeni konstitusiya mesajı da verib:
"Türkiyənin mövcud çevriliş konstitusiyasına məhkum edilməsi siyasətə inamı zədələyir. Dili problemli mövcud konstitusiyamızla yola davam edə bilmərik. Cümhuriyyətimizin 100-cü ilinin çevriliş konstitusiyası ilə keçirilməsi siyasət qurumu adına utanc mənbəyidir. Bu utancı xalqımıza daha çox yaşada bilmərik. Hesab edirəm ki, 28-ci qanunvericilik dövrü üçün yeni konstitusiya layihəsi hazırlamaq siyasi qurumun milli vəzifəsidir", - deyə o bildirib.
Xatırladaq ki, may ayının ortalarında R.T.Ərdoğan gözlənilən alıb. Elə həmin gecə o, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla təcili iclas keçirib.