May 27

Britaniyada məcburi hərbi xidmət bərpa olunacaq

Böyük Britaniyada məcburi hərbi xidmət bərpa olunacaq.

Ölkənin Baş naziri Rişi Sunak bunu edəcəyinə söz verib.

Onun sözlərinə görə, bu, qarşıdan gələn seçkinin onun Mühafizəkarlar Partiyası üçün uğurlu olacağı təqdirdə baş verəcək.

Belə ki, plana görə, 18-ci doğum günündən sonra britaniyalılar ya bir il orduda xidmət etməli, ya da hər ay ictimai faydalı iş üçün iki istirahət günü ayırmalı olacaqlar.

Sorğuya əsasən, gənc britaniyalıların 10%-dən çoxu real xidməti seçməyəcəklər. Yenilik qadınlara da şamil ediləcək. Xatırladaq ki, Britaniyada növbədənkənar parlament seçkisi iyulun 4-də keçiriləcək.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028620004653931