May 25

Fransada keşiş yüzlərlə uşağa təcavüz edib

Orleandan olan keçmiş fransız keşiş Olivye de Sitivo yüzlərlə yetkinlik yaşına çatmayan şəxsə təcavüz etdiyinə görə 17 il həbs cəzasına məhkum olunub.

1990-2002-ci illər arasında baş vermiş hadisələri nəzərdən keçirilib. İttiham tərəfinin fikrincə, 64 yaşlı müttəhim həmin vaxt kilsə üzvlərinin uşaqlarına evdə baş çəkərkən, eləcə də uşaq düşərgəsinə səfərlər zamanı onlara qarşı dəfələrlə təqiblərə və cinsi zorakılığa əl atıb.

Məhkəmə ona həbs cəzasının ilk 10 ilində şərti azadlığa çıxmaq üçün müraciət etməyi qadağan edib.

Kilsədəki Cinsi Cinayətləri Araşdırma üzrə Müstəqil Komissiyasının Fransada 3 il ərzində hazırladığı hesabata görə, 1950-2020-ci illər arasında katolik ruhaniləri və ya din xadimləri tərəfindən cinsi cinayətlərə məruz qalan 216 min azyaşlı var.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.021788120269775