Daha bir saytın baş redaktoru hakim qarşısına çıxarılır, həbs olunma təhlükəsi var - FOTO
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev mətbuatı və jurnalistləri 4-cü hakimiyyət adlandırsa da, çox təəssüflər olsun ki, buna mane olanlar da var. Sanki məmurlar bəzi jurnalistləri, xəbər portallarının baş redaktorlarını hakimiyyətlə üz-üzə qoymaq üçün ölkəmizi gözü götürməyən hansısa digər ölkələrdən sifarişlər alırlar. Azerbaycanrealligi.com xəbər verir ki, bunlardan biri də Xeber-xetti.com saytının baş redaktoru Mirəziz Əzizovdur. Baş redaktor özünün facebook səhifəsində xüsusi ittiham qaydasında məhkəməyə verildiyini oxucuları ilə bölüşüb. Baş redaktorun sözügedən paylaşımını oxucularımıza təqdim edirik:
"Sabah 8.05.2019-cu il tarixdə saat 15:00-da Abşeron Rayonu Məhkəməsində Abşeron Rayonu İcra başçısı və Abşeron Rayonu Polis rəisi ilə məhkəmə iclası olacaq. Qorxmayan bütün jurnalist dostlarımı, həmkarlarımı haqsız və əsassız ittiham aktı ilə baş tutan məhkəməmə dəvət edirəm. P.S İcra hakimiyyətinin qarşısında boynunu büküb dilənçi payı alanlar gəlməsinlər".
Xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizə