Dünyanın ən etibarlı avtomobillərinin siyahısı AÇIQLANDI
Dünyanın ən etibarlı avtomobillərinin siyahısı məlum olub.
Məlumata görə, reytinq "HotCars" portalı tərəfindən tərtib edilib. Buraya 805 min km-dən çox məsafə qət edə bilən avtomobillər daxildir.
Siyahıya 2010-2015-ci illərdə istehsal olunmuş "Hyundai Elantra" başçılıq edir. Avtomobil 132 at gücü hasil edən 1,6 litrlik mühərriklə təchiz edilib. O, 1,6 milyon km-dən çox məsafə qət etməyə qadirdir. "Chevrolet Silverado" pikapı (1988-2002) ikinci, "Ford Super Duty" pikapı isə (2011-2016) üçüncü yeri tutub.
İlk beşliyə, həmçinin "Toyota Tacoma" (2005-2015) və" Porsche 911 Turbo" (1973-1989) modelləri daxil olub.
Onların ardınca "Honda Accord" (1990-1993), "Mercedes-Benz E-Class" (1993-1996) və "Chevrolet Corvette" (1997-2004) kimi modellər gəlir. Bir qədər zəif nəticələri "Volkswagen Golf" (2003-2008), "Nissan Frontier" (2005-2007), "Mazda MX-5" (1989-1997) və "Ford Mustang" (1964-1973) göstərib.
Mənbə: Gazeta.ru