Rumıniyada deputat həmkarının burnunu dişlədi
Mayın 21-də rumıniyalı deputat Dan Vılçan parlamentin iclası zamanı Liberal Partiyasından olan həmkarı Florin Romanın burnunu dişləyib.
Hadisə parlamentin foyesində baş verib. Deputatlar əvvəlcə əlbəyaxa olub, bir-biri ilə dava ediblər.
"O, məni adamyeyən kimi baş nahiyəmdən dişləməyə çalışdı və başımı aşağı salanda dizi ilə vurdu", - Roman bildirib.
Onun sözlərinə görə, bu, döyüş deyildi, hücum idi.
Vılçan da öz növbəsində təxribata məruz qaldığını, bundan sonra Romanın çiynindən tutduğunu, lakin onunla döyüşmədiyini deyib.
Mənbə: iz.ru