May 02

İcra başçılarının xanım müavinləri... - Onlar kimlərdir ?

Son iki həftədə Səbail rayon icra başçısının xanım müavini Xalidə Bayramovanın adı məlum olayla bağlı mətbuatda tez-tez çəkildi. Bu, həm də bir məsələni gündəmə gətirdi: maraqlıdır, ölkədə nə qədər xanım icra başçısının müavini postunu tutub və onların karyera yolu necədir? Bununla bağlı araşdırma aparıb, bəzi məlumatlar topladıq.
 
 
İlk olaraq Bakı Şəhər İcra Hakimiyyətindən başlayaq. Burada icra başçısının müavinlərindən biri  Fidumə Hüseynovadır. O, ali təhsilini M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda alıb. Təhsil aldığı illərdə institut komsomol komitəsi katibinin müavini, 1984-cü ilə qədər komitənin katibi vəzifələrində fəaliyyət göstərib, 1984-1989-cu illərdə isə Bakı şəhəri, Nəsimi Rayon Komsomol Komitəsinin katibi olub.

 

 

 

 
 
 
2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2003-2005-ci illərdə Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
 
Nəsimi rayon icra başçısının 1-ci müavini də xanımdır. Belə ki, 152 saylı orta məktəbin keçmiş direktoru Gülarə Verdiyeva 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindədir.
 
Gülarə Verdiyeva həm də birinci dərəcəli dövlət qulluqçusudur.
 
 
 
 
Onun karyerası pedaqoqluqla bağlıdır. Belə ki, 1993-1995-ci illərdə Gəncə şəhər 44 saylı orta məktəbdə laborant vəzifəsində, 1995-1998-ci illərdə Gəncə şəhər 44 saylı orta məktəbdə ibtidai sinif müəllimi, 1998-1999-cu illərdə Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq adına 18 saylı orta məktəbdə günü uzadılmış qrup rəhbəri, 1999-2007-ci illərdə Bakı şəhəri, Yasamal rayonu 18 saylı orta məktəbdə ibtidai sinif müəllimi, 2007-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 9 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-2009-cu illərdə Bakı şəhəri A.Hüseynzadə adına 20 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2009-2010-cu illərdə Bakı şəhəri, Nəsimi rayonu 28 saylı orta məktəbdə və 2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu 152 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 2013-cü ilin noyabr ayından Nəsimi Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsinə təyin edilib. 2017-ci ildən isə birinci müavindir.
 
Qeyd edək ki, G.Verdiyeva eyni zamanda 2010-cu ildə deputatlığa namizədliyini vermiş, lakin seçilməmişdi.
 
 
 
 
Xətai rayon icra başçısının müavinlərindən biri Jalə Abdıyeva Zülfiqar qızıdır. Onun karyerası həkimlikdən keçib.2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 2006-2011-ci ildə 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserində dəri-zöhrəvi həkimi vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında Xəstəxana Xidmətləri şöbəsinin müdiri, sonra şöbə rəisinin müavini vəzifəsində çalışıb. 2013-cü ildən icra başçısının müavinidir.
 
Yasamal rayon icra başçısının xanım müavini Təravət Muradovadır. Onun haqqında geniş məlumat mövcud deyil.
 
 
 
Nizami rayon icra başçısının müavinlərindən biri Gülnaz Şakir qızı İsrafilovadır. O, 1985-ci ildə Bakı Dövlət Universitetini filoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə Şəki İpək Birliyi toxucu istehsalatında ərişçi kimi başlayıb, 1985-1990-cı illərdə Bakı şəhəri Nizami rayonu 10 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-1993-cü illərdə Nizami Rayon Təhsil Şöbəsində inspektor, 1993-2006-cı illərdə isə Nizami rayonu 214 nömrəli məktəbin direktoru vəzifəsində işləyib. 2006-cı ildə Nizami Rayon Təhsil Şöbəsinin müdiri, 2006-2009-cu illərdə  Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.
 
 
 
 
Fərəcova Rəna Möhübbət qızı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biridir. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura səviyyəsinin "Xarici dil (ingilis dili) müəllimliyi”, 2013-cü ildə isə magistratura səviyyəsinin "Dilşünaslıq (ingilis dili)” ixtisaslarını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2016-cı ilin sentyabr-noyabr aylarında müəllimliklə yanaşı, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb. 2016-cı ilin noyabr-iyul aylarında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsində işləyib. 2017-ci ildən Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.
 
Eləcə də bölgələrdən  Mingəçevir, İsmayıllı, Ağstafa, Göyçay, Şəki, Gədəbəy, Yevlax, Şirvan, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Balakəndə də icra başçılarının müavinlərindən biri xanımdır. ( Medianews.az)

Bənzər xəbərlər

Gündəm

0.06032395362854